Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart ölkədəki təlim-məşq mərkəzində son 5 ildə gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur.
Hadisə qurbanlarından biri "The Guardian"a açıqlama verib. O bildirib ki, mərkəzdə işləyən qadınlardan biri qızlara Dadu ləqəbli federasiya rəhbəri ilə cinsi əlaqədə olmaq üçün təzyiq göstərir. Buna razı olmayanlar mərkəzdən qovulur.
Şahidlər federasiya prezidentinin belə futbolçulardan birini aborta məcbur etdiyini də açıqlayıb. Ən yaxşı gənc oyunçulardan biri isə 2018-ci ildə 17 yaşında bu təcavüzə məruz qalib.
Dadunun özü isə ittihamları rədd edib. O, heç vaxt federasiya və akademiya əməkdaşlarıdan özünə qarşı şikayətlərin edilmədiyini vurğulayıb.