Fransa çempionu dəyişmədi

Fransa çempionu dəyişmədi

Davam etdirilməməsi qərar verilən Fransa 1-ci liqasında çempion müəyyənləşib. Turnir cədvəlindəki son mövqeylər dəyişdirilməyəcək. Çempionatın qalibi PSJ elan edilib. 2-ci pillədə qərarlaşan “Marsel” və 3-cü yerdəki “Renn” Çempionlar Liqasına, 4-cü olan “Lill” isə Avropa Liqasına vəsiqə qazanıb.

2-ci liqaya düşən və 1-ci liqaya qalxan klubların adları isə açıqlanmayıb.

Qeyd edək ki, Fransanın baş naziri Eduard Filipp bu günlərdə ölkədə idman yarışlarının sentyabr ayına qədər təxirə salındığını açıqlamışdı.