Joze Mourinyo: “Əvvəlki dünya üçün darıxıram”

Joze Mourinyo: “Əvvəlki dünya üçün darıxıram”

"Totenhem” klubunun baş məşqçisi Joze Maurinyo əvvəlki həyat ritmi üçün darıxdığını etiraf edib. “Futbol üçün darıxmışam. Əslində, daha düzünü desəm, əvvəlki dünya üçün darıxıram. Futbol da mənim dünyamın yarısıdır. Lakin biz iradəli və səbrli olmalıyıq. Bu mövsümdəki son on oyunu keçirmək hərkəs üçün xüsusilə də​ Premyer Liqa və ümumilikdə futbol üçün müsbət təsir edəcəyini düşünürəm. Qarşılaşmalar hətta boş tribunalarda belə keçirilsə, bu bizim xeyrimizə olacaq. Kameraların oyunu lentə alması o deməkdir ki, futbol azarkeşsiz qalmayacaq və bizi milyonlarla insan izləyəcək. Bir sözlə, biz bir gün boş stadiona oynamağa çıxsaq, o, əslində boş olmayacaq”, - deyə təcrübəli mütəxəssis bildirib.