Futbol yarışlarının gələcək taleyi necə olacaq?

Futbol yarışlarının gələcək taleyi necə olacaq?

"Kütləvi tədbirlərlə bağlı qərar qüvvədə qalır".​ Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov​ brifinqdə çıxışı zamanı Azərbaycan Premyer Liqasının bərpasına münasibət bildirərkən deyib.​

"Bu sahənin fəaliyyətinin hələ ki, bərpa olunması nəzərdə tutulmayıb. Növbəti mərhələdə necə olacağı vəziyyətdən asılıdır", - deyə İ.Məmmədov əlavə edib.

Məlumat üçün bildirək karantin müddəti mayın 31-dək uzadılıb.​

Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Eyni zamanda bütün milli federasiyalar ölkədəki​ vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL (Avropa Peşəkar Futbol Liqaları)​ və UEFA-ya məlumat verməlidirlər.