Mayın 2-də şahmat üzrə onlayn superturnirdə yarımfinalın növbəti qarşılaşması keçiriləcək.
Bugünkü görüşdə finala vəsiqə uğrunda dünya çempionu Maqnus Karlsen ilə çinli Dinq Liren mübarizə aparacaqlar.
Qeyd edək ki, amerikalı şahmatçı Hikaru Nakamura həmyerlisi Fabiano Karuana üzərində qələbə qazanmaqla artıq finala vəsiqəni özü üçün təmin edib. Həlledici mərhələdə o, M.Karlsen L.Dinq qarşılaşmasının qalibi ilə görüşəcək.
Turnirin mükafat fondu 250 min dollardır.