2021-ci ildə keçirilməsi planlaşdırılan Dünya Çimərlik Oyunları təxirə salınıb.
Ýarış 2023-cü ildə təşkil olunacaq.
Qərar idmançıların 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarına hazırlaşması üçün qəbul olunub.
Qeyd edək ki, ötən il Dünya Çimərlik Oyunları Qətərdə baş tutub. Yarışa 7 idmançı ilə qatılan Azərbaycan komandası 5 medal qazana bilib. Növbəti yarış üçün Honq Konq və ABŞ namizədliyini irəli sürüb.