Lionel Messi: “Artıq 15 ildir!”

Lionel Messi: “Artıq 15 ildir!”

“Barselona” klubunun hücumçusu Lionel Messi şəxsi instaqram hesabında paylaşdığı video ilə nostalji hisslər keçirib. Klubun 32 yaşlı argentinalı kapitanı kataloniyalıların şərəfini qoruyarkən, vurduğu qoldan danışıb. Futbolçu videoya belə şərh yazıb: “Zaman nə tez keçir. Artıq 15 ildir! Hər kəsi sevirəm”.

Qeyd edək ki, 2005-ci il mayın 1-də “Kamp Nou” stadionunda L.Messi Ronaldinyonun ötürməsindən sonra “Albasate” komandasının qapısından qol keçirib.