“Dünyanın ən yaxşı komandasında çətin vəziyyət hökm sürürdü”

“Dünyanın ən yaxşı komandasında çətin vəziyyət hökm sürürdü”

 

Madrid​ “Real”ının​ keçmiş futbolçusu Freddi Rinkon klubda çıxış etdiyi dövrdə irqçiliklə üzləşdiyini deyib.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

“Kral klubu”nda uğur qazanmaq üçün ağdərili olmaq​ lazım idi. Mən gündəlik həyatda heçvaxt irqçilikdən əziyyət çəkmirdim. Lakin komandada bununla dəfələrdə üzləşmişdim. Dünyanın ən yaxşı komandasında çətin vəziyyət hökm sürürdü. Əslində Xorxe Valdanoya daha böyük təzyiqlər olunurdu. Mənim bir oyunçu və bir şəxsiyyət kimi inkişaf etməyimdə onun böyük rolu var. Buna ​ görə, ona hər zaman minnətdar olacağam",​ - deyə 53 yaşlı kolumbiyalı vurğulayıb.