Baş məşqçinin səhhəti pisləşib

Baş məşqçinin səhhəti pisləşib

Niderland millisinin baş məşqçisi Ronald Kumanın səhhətində problem yaranıb.

The Sun" saytının yaydığı xəbərdə bildirilir ki,​ ürəyində ağrılar hiss edən 57 yaşlı mütəxəssis təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin müdaxiləsindən sonra Kumanın​ vəziyyətinin sabit olduğu vurğulanıb.

Qeyd edək ki, Ronald Kuman 2018-ci ildən Niderland yığmasına başçılıq edir.