Futbolçuya çəkdiyi şəkilə görə xəbərdarlıq

Futbolçuya çəkdiyi şəkilə görə xəbərdarlıq

Ukraynanın "Karpatı" klubu futbolçusu​ Aleksey Xaxlyova sərt xəbərdarlıq edib.

Klubun saytında yer alan​ istinadən məlumatına görə, buna 21 yaşlı müdafiəçinin​ Rusiya bolşeviklərinin rəhbəri​ Vladimir Leninin portreti ilə şəkil çəkdirməsi səbəb olub.

Gənc oyunçunun doğum gününü qeyd edən yaşlı nənəsini​ sözügedən foto vasitəsilə​ təbrik etməsi klubun narazılığına səbəb olub.

Məsələ ilə bağlı bəyanat yayan "Karpatı"​ oyunçularının yad simvollar fonunda çəkdirdikləri hər hansı şəkilin​ paylaşılmasını yolverilməz hesab edib: "Özünə yaraşmayan hərəkətə yol verən​ Xaxlyova xəbərdarlıq olundu və məlumat verildi ki, oxşar hal təkrarlanarsa, daha ciddi sanksiya tətbiq olunacaq".