Madrid "Real"ı yay transfer pəncərəsi dövründə 5 futbolçusu ilə yollarını ayıracaq. "Kral klubu" koronavirus pandemiyasının təsirini azaltmaq üçün bu addımı atacaq.
Madrid təmsilçisi az şans qazanan 5 futbolçunu - Xames Rodriqes, Qaret Beyl, Mariano Dias, Brahim Dias və gənc futbolçusu Renyeri satmağı hədəfləyir.
Luka Modriç və Marselo isə komandadakı gələcəkləri ilə bağlı son qərarı verməlidir.
Yayda "Real" 5 futbolçunu heyətdən uzaqlaşdıracaq
