“İnter” məşqlərə başlayır

“İnter” məşqlərə başlayır

İtaliyanın “İnter” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa etməyə qərar verib. Milan təmsilçisi mayın 5-dən etibarən hazırlığı bərpa edəcək. Artıq ölkə xaricində olan futbolçular da İtaliyaya qayıdıblar. Çilidən gələn Aleksis Sançesin də karantin müddəti mayın 4-də bitəcək. Beləcə, bütün komanda üzvləri klubun bazasında fərdi qaydada məşqlərə başlayacaqlar. Lakin hazırlıq prosesi zamanı sosial məsafə qorunacaq, gigiyenik qaydalara xüsusi əməl olunacaq.

Xatırladaq ki, daha öncə İtaliya A Seriyasında iştirak edən klublardan “Sassuolo”, “Bolonya”, “Roma” və “Parma” məşqləri bərpa edəcəklərinə dair açıqlama yaymışdı.