Karantin dövründə Azərbaycanda idman ictimaiyyətini diqqətdə saxlayan "olimpiyadünyası.com"saytının budəfəki qonagı cüdo üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi İbadulla Şahbanovdur. Tanınmış mütəxəssislə söhbət zamanı bəzi məqamlar diqqətimizi çəkdi. "Bu da bir sınaqdır. Gərək möhkəm olaq. Yetirmələrimə deyirəm ki, güclü bir rəqiblə mübarizə apardığınızı düşünün. Ən gərgin görüşlərdən qalib ayrılmağın yeganə yolu səbrdir. Təmkinli olmaq lazımdır. Emosiyaya qapılmaq olmaz.
Yaxşı qidalanmaq lazımdır. Bilirəm, bütün idmançılar zallar üçün darıxırlar. Qoy, istirahət etsinlər. Karantin başa çatandan sonra iki qat artıq məşq edərlər", - deyə o bildirdi.
Kənan Novruzov