Xanım şahmatçılarımız Serbiyada zəka mübarizəsinə qoşulacaqlar

Xanım şahmatçılarımız Serbiyada zəka mübarizəsinə qoşulacaqlar

Avqustun 23-dən sentyabrın 3-dək Serbiyanın paytaxtı Belqradda şahmat üzrə Avropa çempionatı keçiriləcək.
Çempionatda ölkəmizi Zeynəb və Türkan Məmmədyarova bacıları, Gülnar Məmmədova, Nərgiz Umudova, Xəyalə Abdulla, Nərmin Kazımova, Səbinə İbrahimova və Nərmin Xələfova təmsil edəcəklər. 168 şahmatçının iştirakı ilə keçirilən çempionat sentyabrın 3-də başa çatacaq.