"Futbol dəyişəcəkmi?"

"Futbol dəyişəcəkmi?"

UEFA-nın prezidenti Aleksander Çeferin "Nova.rs" nəşrinə açıqlama verib.
Sloveniyalı funksioner bildirib ki, virus dünyanın zəifliyini anlamağa məcbur edib. Onun sözlərinə görə, futbol qayıtmasa, insanların normal həyata dönüş hissləri olmayacaq: "Futbol dəyişəcəkmi? Bəli, amma bu, müvəqqəti dəyişiklik olacaq. Futbol epidemiya və müharibələrdən sağ qurtulub. Ölkə rəhbərləri addımlar atmağa başlayanda futbolçular bütün testləri keçərək azarkeşlərsiz meydana geri dönəcəklər".
Qeyd edək ki, Belarus Yüksək Liqası istisna olmaqla, Avropanın bütün ölkələrində çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb.