Bu gün Millətlər Kubokunda növbəti oyunlar keçiriləcək

Bu gün Millətlər Kubokunda növbəti oyunlar keçiriləcək

Onlayn qaydada keçirilən şahmat üzrə Millətlər Kubokunda mayın 6-da üçüncü və dördüncü turların görüşləri keçiriləcək.
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da qatıldığı dünya yığması üçüncü turda ABŞ komandası ilə mübarizə aparacaq. Bu mərhələdə Rusiya komandası Çin, Avropa yığması Hindistan şahmatçıları ilə üz-üzə gələcəklər.
Dördüncü turda dünya komandası Rusiya yığması ilə qarşılaşacaq. Bu turun digər oyunlarında Hindistan təmsilçiləri Çin, Avropa yığması isə ABŞ şahmatçılarını sınağa çəkəcək.
Qeyd edək ki, dünya yığması birinci turda Çin yığmasına 1:3 hesabı ilə məğlub olsa da, ikinci turda Hindistan komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.
"Liverpul" qayıdan qapıçını​ qəbul etmir
"Liverpul" "Beşiktaş"la müqaviləni təktərəfli ləğv edən qapıçısı Loris Kariusu məşqlərə buraxmayacaq.
İngiltərə klubu 26 yaşlı qolkiperə istirahət verməyə hazırlaşır. Daha sonra isə klub onu satacaq. "Liverpul"un məşqçi heyətinin ona şans verməyi düşünmədiyi bildirilib.
Qeyd edək ki, L.Kariusun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.