"Yuventus"un futbolçuları Daniele Ruqani və Blez Matyuidi koronavirusdan sağaldı
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçuların son koronavirus testi mənfi çıxıb. Artıq onlar təcrid şəraitində qalmayacaq və komanda ilə məşqlərə başlayacaqlar. Komandanın pandemiyaya yoluxan digər üzvü Paulo Dibala isə hələlik müalicə olunur.
“Qoca sinyora"nın koronavirusa yoluxan futbolçuları sağaldı
