Rusiyanın “Spartak” klubunun azarkeşləri dünyada sürətlə yayılan koronavirus pandemiyası ilə mübarizə aparan həkimlərə dəstək olmaq qərarına gəliblər. Azarkeşlər futbol meydançasında mələk kimi qanadları olan və dünyanı başı üzərində saxlayan həkim təsvir ediblər. Həmçinin təşəkkür əlaməti olaraq meydançada “Zamanımızın qəhrəmanları” və “Təşəkkür edirik” sözləri qeyd olunub.
“Zamanımızın qəhrəmanları” - VİDEO
