Futbolçu 4 ildir ki, yaşayırmış

Futbolçu 4 ildir ki, yaşayırmış

Almaniyanın “Şalke” futbol klubunun 2016-cı ilə dünyasını dəyişdiyi iddia edilən keçmiş müdafiəçisi Hiannik Kambanın sağ olduğu məlum olub.
Avtomobil qəzasında vəfat etdiyi deyilən 33 yaşlı H.Kamba hazırda ailəsi ilə birgə almaniyanın Rur vilayətində yaşayır. Bildirilir ki, sığorta şirkətindən ödəniş almaq üçün idmançının şəxsi ölümünü səhnələşdirməsi ehtimal olunur. Hazırda alman prokurorluğu müdafiəçinin həyat yoldaşı ilə bağlı araşdırma aparır və onu ərinin ölümü ilə bağlı saxta sənədlər təqdim etməkdə ittiham edir.
Qeyd edək ki, Hiannik Kamba “Şalke” klubunun yetirməsi və gənclər komandasının oyunçusu olub. O, 2008-ci ildən 2015-ci ilə qədər Almaniyanın aşağı divizion klublarında çıxış edib.