“Eşitmişəm ki, Mayk Tayson rinqə qayıdır"

“Eşitmişəm ki, Mayk Tayson rinqə qayıdır"

Rusiyalı MMA döyüşçüsü Aleksandr Yemelyanenko əfsanəvi Mayk Taysonla döyüşmək istədiyini bildirib. İdmançının bu qərarı M.Taysonun xeyirriyə aksiyası çərçivəsində yenidən rinqə qayıtma istəyindən sonra olub. “Eşitmişəm ki, Mayk Tayson rinqə qayıdır. Bilirəm ki, mən boksçu deyiləm. Lakin böyük məmnuniyyət ilə onunla üz-üzə gələrdim. Aleksandr Usik və Aleksandr Povetkin kəmər uğrunda mübarizəyə davam etsinlər. Mən isə gəncləri idmana həvəsləndirməyə davam edəcəm”,- deyə A.Yemelyanenko vurğulayıb.