Avropa Liqasının yarımfinalları da​ Türkiyədə?​

Avropa Liqasının yarımfinalları da​ Türkiyədə?​

Türkiyə Futbol Federasiyası (TFF) Çempionlar Liqasının finalı​ üçün UEFA-ya təminat verib.​

Qurum TFF-yə "turnirin yarımfinallarını da​ keçirmək üçün hazırsınızmı?" -​ deyə müraciət edib.​

Federasiya isə öz növbəsində müsbət cavab verib və heç bir problemin olmayacağını vurğulayıb.​

O da​ bildirilir ki, UEFA təkcə Çempionlar Liqası deyil, Avropa Liqasının yarımfinal görüşlərini də İstanbulda keçirməyi düşünür.​

Qərarın UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcəyi qeyd olunub.​ ​

Qeyd edək ki, Çempionlar Liqasının finalı avqustun 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Avropa Liqasının həlledici qarşılaşmasının isə avqustun 26-da və ya 27-də Polşanın Qdansk şəhərində təşkili nəzərdə tutulub.​