Meydanda futbolçulara danışmamaq tövsiyə olunur

Meydanda futbolçulara danışmamaq tövsiyə olunur

Cənubi Koreya çempionatının rəhbərliyi oyunlar zamanı koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə bir sıra tədbirlər tətbiq edib.​

Qarşılaşmalar zamanı futbolçulara bir-biriləri ilə danışmamaları tövsiyə olunub.​

Eyni zamanda tüpürmək və salamlaşmaq qadağan edilib. Məşqçilər heyəti və komanda işçiləri əlcək və maskadan yararlanmalıdırlar.​ ​

Qeyd edək ki, fevralın 29-da başlamalı olan​ Cənubi Koreya çempionatı koronavirus pandemiyası üzündən təxirə salınmışdı.​ Mövsüm mayın 8-dən azarkeşsiz start götürəcək.