İtaliyanın “Yuventus” futbol klubunun oyunçusu Paulo Dibala koronavirusdan sağalıb. Bu barədə futbol klubunun rəsmi saytında məlumat verilib.
Xəstəliyi dövründə argentinalı idmançı 3 dəfə COVİD-19 testindən keçib. Onların hamısı müsbət nəticə verib.
Xatırladaq ki, idmançı ilə sevgilisi Oriana Sabatininin xəstəliyi barədə martın 21-də məlum olmuşdu.