"Brügge" çempion elan olunacaq

"Brügge" çempion elan olunacaq

Belçika Milli Təhlükəsizlik Şurası peşəkar futbol klublarının​ iyulun 31-dək oyun keçirməsini​ qadağan edib.

Bu isə ölkə çempionatının və kubok yarışının vaxtından əvvəl başa çatması deməkdir.

Yekun qərarın​ mayın 15-də veriləcəyi bildirilib. Həmin vaxt​ 29 turdan sonra 70 xalla lider olan "Brügge" çempion elan olunacaq, eyni zamanda avrokubokların iştirakçıları müəyyənləşəcək.

Yeni mövsümün isə avqustun 8-də start götürə biləcəyi vurğulanıb.