Mayın 8-də şahmat üzrə Millətlər Kubokunda yeddinci və səkkizinci turların oyunları keçiriləcək.Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması yeddinci turda Çin, səkkizinci turda isə ABŞ komandaları ilə mübarizə aparacaq.
Ötən turların yekun nəticələrinə görə, Çin komandası 11 xalla liderliyini davam etdirir. Avropa yığması 9 xalla ikinci, ABŞ komandası 7 xalla üçüncü pillədədirlər. Dünya yığması və Hindistan komandaları son yerləri bölüşürlər. Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.
Millətlər Kubokunda növbəti turun oyunları keçirilir