Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasında mövsüm bərpa olunacağı halda, bir sıra qadağalar tətbiq oluna bilər. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Belə ki, Premyer Liqa rəhbərliyi futbolçulara meydana tüpürməyi, forma dəyişməyi, qolu qeyd etməyi qadağan edəcək. Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün iyunda bərpa olunacağı gözlənilir.
Premyer Liqada bir sıra qadağalar tətbiq olunacaq
