Daha bir futbolçu koronavirusdan sağaldı

Daha bir futbolçu koronavirusdan sağaldı

"Atalanta"nın qolkiperi Marko Sportyello koronavirusdan tam sağalıb. Bu barədə "Atalanta"nın mətbuat xidməti məlumat yayıb. Sportyello Berqamo klubunun heyətində koronavirusa yoluxan ilk oyunçu idi. Martın 20-də 27 yaşlı qapıçının testi müsbət çıxmışdı.
Sportyellonun ikinci analizi mənfi nəticə göstərsə də, üçüncü testin cavabı pozitiv olmuşdu.
İtaliyalı qolkiper cari mövsümdə 4 matçda meydana çıxıb və qapısında 6 qol görüb.