"Bare Knuckle Fighting Championship" (BKFC) əlbəyaxa döyüşlərin keçirilməsi üzrə promouter Devid feldman məşhur boksçu Mayk Taysona 20 milyon dollarlıq müqavilə təklif edib. O, təklif barəsində bunları deyib:
“Biz Mayk Taysona BKFC-də iştirak etməsi üçün 20 milyon dollar təklif etmişik. Birlikdə fəaliyyət göstərə bilcəyimiz hər bir təklifi qəbul edirik. M.Taysonun son məşqindən paylaşılan video bizi bu təklifi etməyə ilhamlandırdı”.
Qeyd edək ki, bir müddət əvvəl 53 yaşlı boksçunun rinqə qayıtmaq istədiyini bildirib. İdmançı son döyüşünü 2005-ci ildə keçirib.