Bir qrup mütəşəkkil şəxs həyata keçirdiyi silsilə qarətlər səbəbi ilə axtarışa verilib. Qrupun ilk qurbanı “Çelsi” futbol klubunun baş məşqçisi Frenk Lempard olub. Oğrular onun evindən 60 min funt sterlinq dəyərində zinyət əşyası və saatlar aparıblar. 10 gün sonra isə 2018-ci ilin oktyabr ayında helikopter qəzası nəticəsində həlak olan Tayland milyarderi Vişay Şrivaddxanapribxinin evindən 1 milyon funt oğurlanıb.
Qeyd edək ki, polis hər iki qarətin eyni mütəşəkkil qrup tərəfindən həyata keçirildiyini güman edir.