Mayın 9-da “Şahmatda onlayn gediş” layihəsi çərçivəsində turnir start götürüb. “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən yarış ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.
Turnirin 12 turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək seçmə mərhələsi mayın 9-da, dairəvi sistem üzrə təşkil ediləcək final mərhələsi isə mayın 10-da müəyyənləşəcək. İlk mərhələnin yekununda 10 ən yaxşı şahmatçı finala vəsiqə qazanacaq.
Yarışın texniki təşkilatçısı və hakimi beynəlxalq usta, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Orxan Abdulovdur.