La Liqada təmsilçisində COVİD-19 aşkarlandı

La Liqada təmsilçisində COVİD-19 aşkarlandı

İspaniyanın "Real Sosyedad" klubunun futbolçusu Aleks Remiro komandası ilə birlikdə məşqlərə başlaya bilməyib. AS nəşrinin verdiyi məlumata görə, buna ispaniyalı qapıçının koronavirusa yoluxması səbəb olub.

25 yaşlı qolkiperdən virusla bağlı götürülən test müsbət nəticə verib.
Qeyd edək ki, artıq İspaniya klubları pandemiya dövründə məşqlərini bərpa ediblər.