Arda Turan: “Elə bilirdim ki, “Bavariya”ya keçirəm”

Arda Turan: “Elə bilirdim ki, “Bavariya”ya keçirəm”

Türkiyəli yarımmüdafiyəçi Arda Turan 2015-ci ilin yayında “Atletiko” komandasından “Barselona” klubuna transfer olmasını xatırlayıb.

“Həmin vaxt mənim hər hansısa bir kluba kecəcəyim barədə məlumatım yox idi. “Barselona”ya keçdiyimi bilmirdim. Mənə bu barədə 15 gündən sonra məlumat verildi. Elə bilirdim ki, “Bavariya”ya keçirəm. Mənim bu barədə təsadüfən xəbərim oldu. Agentin çantasından yerə düşən sənəd üzərində “Bareslona”nın loqosunu görəndə çox təəccübləndim. Mən gözlərimə inana bilmirdim. “Barselona”dan gedəndə çox heyfsləndim. Valverde mənə oynamağa imkan vermirdi. Mən isə ən çox Messiyə və Suaresə köməkçi olurdum”,- deyə futbolçu xatırlayıb.
Qeyd edək ki, Arda Turan “Barselona” komandasının şərəfini qoruduğu 55 oyunda 15 qol və 11 qol ötürməsi ilə yadda qalıb. 33 yaşlı idmançının Kataloniya komandası ilə müqaviləsi 2020-ci ilin iyun ayına kimi qüvvədədir.