Dünya çempionu forması ilə xeyriyyə aksiyası keçirib

Dünya çempionu forması ilə xeyriyyə aksiyası keçirib

Argentina milli komandasının keçmiş futbolçusu Dieqo Maradona xeyriyyə aksiyası keçirib.
Sabiq hücumçu qızıl medal qazandıqları 1986-cı il dünya çempionatındakı avtoqraflı futbolkası ilə 90 kq ərzaq məhsul, maska və antiseptik vasitələr toplayıb. Onların hamısı Rene Favaloro rayonunun sakinləri arasında bölüşdürüləcək.
Qeyd edək ki, aksiya paytaxt Buenos-Ayres ətrafındakı kasıb sakinlərə dəstək məqsədilə təşkil olunub. Əvvəlcə formanı hərracda satmaq planlaşdırılıb. Lakin sonradan futbolkanın daha çox yardım edənlər arasında hərraca qoyulması​ qərara alınıb.