"Sən ya Zlatanın dostusan, ya da düşməni"

"Sən ya Zlatanın dostusan, ya da düşməni"

"Los-Anceles Qelaksi”nin futbolçusu Mikael Siani sabiq həmklubu Zlatan İbrahimoviç barədə danışıb. Siani İbranın xarakteri ilə bağlı müşahidəsini bölüşüb. O, isveçli hücumçunun nifrət etdiyi futbolçu haqda da danışıb: "Əgər sən Kavani ilə dostluq edəcəksənsə, bu, İbranın xoşuna gəlməyəcək. Sən ya Zlatanın dostusan, ya da düşməni. "Los-Anceles Qelaksi”də oynadığımız zaman onunla söhbət edirdim. İbra deyirdi ki, Loran Blanla yaxşı münasibətləri olub.

Amma PSJ-nin hücum xəttindəki futbolçularla münasibəti qaydasında olmayıb. Kavani, Paris klubunda Zlatanın yola getmədiyi futbolçulardan idi.​ O deyirdi ki, 4 futbolçuya nifrət edir ki, onlardan da biri Kavanidir”.