Corciana Rodriges həyat yoldaşı Kriştianu Ronaldonun “Yuventus”da geyindiyi imzalı formasını hərraca çıxarıb. O, bu barədə özünün İnstaqram səhifəsində məlumat verib.
Hərracdan əldə ediləcək vəsait İspaniya xəstəxanalarının koronavirusla mübarizəsinə yardıma sərf ediləcək. Yardım tibb bacıları, həkimlər, tibbi personal və pasientlər üçün nəzərdə tutulub.
Ronaldonun forması hərraca çıxarıldı
