Şahmat üzrə Millətlər Kubokunun superfinal mərhələsi baş tutub.
Turnirin qrup mərhələsini 17 xalla lider kimi başa vuran Çin komandası həlledici mərhələdə ABŞ yığması ilə qarşılaşıb. Yekun nəticə heç-heçə olduğundan Çin komandası əldə edilən xallara görə qalib olub.
Qeyd edək ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması turniri 4 xalla sonuncu yerdə başa vurub.
Xatırladaq ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dolları təşkil edib.
Millətlər Kubokuda çempion müəyyənləşdi