“Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə keçirilən “Şahmatda onlayn gediş” layihəsi çərçivəsində turnirə yekun vurulub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilən turnir 12 turdan ibarət olub. İsveçrə sistemi üzrə keçirilən yarışların seçmə mərhələsində 176 şahmatçı iştirak edib. Dairəvi sistem üzrə təşkil edilən final mərhələsində isə 10 şahmatçı mübarizə aparıb.
Turnirdə kişilər arasında ən yüksək nəticəni beynəlxalq usta Abdulla Qədimbəyli əldə edib. İkinci yeri Nail Bəşirli, üçüncü pilləni isə Şiroğlan Talıbov tutub. Qadınlar arasında turnirin qalibi isə Ləman Hacıyeva olub.
Turnirdə fərqlənən şahmatçılar mükafatlandırılıblar. Yarışa qatılan 12-14 yaşlı uşaqlar isə Orxan Abdulovun ödənişsiz dərslərində iştirak hüququ qazanıblar.
Yarışın texniki təşkilatçısı və hakimi beynəlxalq usta, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Orxan Abdulov olub.
“Şahmatda onlayn gediş” sona çatıb