"Bavariya"nın futbolçusu Filipp Koutinyonun bərpa müddəti müəyyənləşib.
Əməliyyat olunan braziliyalı yarımmüdafiəçi bir ay yarım oynamayacaq. Bu isə o deməkdir ki, o, Bundesliqada bu mövsümün qalan hissəsini böyük ehtimalla buraxacaq.
Qeyd edək ki, Almaniya çempionatı mayın 16-ı bərpa olunacaq.
Xatırladaq ki, müqavilə ilə "Barselona"ya məxsus olan Koutinyo bu mövsüm Bundesliqda 22 matçda 8 qol vurub, 6 qolun ötürməsini verib.
"Sambaçı" mövsümü erkən başa vurdu
