Madrid “Real”ının uelsli hücumçusu Qaret Beyli İngiltərənin “Nyukasl” 20 milyon avro müqabilində satmağa hazırdır. 30 yaşlı Beyl “Real”ın ən yüksək maaş alan oyunçusudur. Onun müqaviləsinin müddəti 2022-ci ildə bitəcək. Odur ki, futbolçu hər il 10 milyon avronu itirməmək üçün komandada qalmaq istəyir.
“Nyukasl”da öz növbəsində yüksək məvacib vermək şərtilə bir neçə oyunçunu transfer etməyi düşünür. Onlardan biri də Beyldir.
Xatırladaq ki, ingilis klubunun sahibi Mayk Eşli klubun Səudiyyə investorlarına 300 milyon funt sterlinqə (370 milyon ABŞ dolları) satılması barədə razılığa gəlib.
Qeyd edək ki, Beyl “Tottenhem”dən “Real”a 101 milyon avroya transfer olunub.