Beynəlxanlq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) İdarə Heyəti videokonfrans keçirib. İclas zamanı bir sıra məsələlər, eləcə də 2020-ci ilin noyabr ayında Bakıda paracüdo üzrə Dünya kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi məsələsi müzakirə edilib.
Qərara alınıb ki, Dünya Kubokunun keçirilməsi ilə bağlı son qərar dünyada yayılmış koronavirus (COVID-19) pandemiyasının bitəcəyi halda verilsin və yarışın dəqiq tarixləri açıqlansın.
Qeyd edək ki, Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi sonuncu reytinq xalları qazandıran yarışlar 2021-ci ildə İngiltərənin Nottingem şəhərində və Bakıda keçiriləcək. Lakin Bakıda keçiriləcək Dünya Kubokunun reytinq xarakteri daşıması müzakirə edilir. Yarış baş tutacağı halda, Bakıda idmançıların göz tibbi təsnifatı keçiriləcək.