Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko UEFA və FIFA-nın araşdırma obyektinə çevrilib.
UEFA İcraiyyə Komitəsinin üzvü korrupsiyada ittiham olunur. 45 yaşlı funksioner 2018-ci ilin sentyabrından UEFA təhqiqatçıları ilə yazışmalar aparıb. Məqsəd 2017-ci ildə onun UAF-a milyonlarla vəsait ödəməsinin səbəbini izah etməkdən ibarət olub. Avropa futbol qurumu məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Ötən il "Lillustre" nəşrinin jurnalisti Ukraynadan gələn zənglə hədələndiyini bildirib. Jurnalda UEFA-dan Ukraynaya göndərilmiş pullarla bağlı məqalə dərc olunub. Bundan sonra İsveçrə prokurorluğu Pavelkonu dindirib.
Qeyd edək ki, Andrey Pavelko 2017-ci il iyunun 16-dan UAF prezidenti, 7 fevral 2019-cu ildən UEFA İcraiyyə Komitəsinin üzvüdür.