Rusiyalı boksçu Yevgeni Tişenko koronavirusa yoluxub. 29 yaşlı idmançının testi müsbət nəticə verib.
O, hazırda evində karantindədir.
Qeyd edək ki, dünya və Avropa çempionu olan Yevgeni Tişenko Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.