UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunacağına dair iddialara münasibət bildirib.
Bu barədə Avropa futbol qurumundan RİA “Novosti”yə açıqlama verilib.
Təşkilat yayılan xəbərləri təkzib edib: "UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib".
Qeyd edək ki, daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/2021 mövsümündə Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.