“Qvardiolanın geri qayıtmasını çox istəyirəm”

“Qvardiolanın geri qayıtmasını çox istəyirəm”

​“Barselona” futbol klubunun sabiq prezidenti Xuan Laporta maraqlı açıqlama verib. Belə ki, o, 2021-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələrsə, Xose Qvardiolanı Kataloniya klubuna qaytarmaq istədiyini bildirib.

“Mən Xose Qvardiolanı geri qayıtmasını çox istəyirəm. Lakin hazırda o, “Mançester Siti” klubuna məşqçilik edir. O, seçimi müstəqil etməlidir. Pep Qvardiola “Barselona” üçün nümunədir. Hesab edirəm ki, bir çox kataloniyalılar klubun baş məşqçisi postunda onu yenidən görmək istəyirlər", - deyə X.Laporta deyib.