"Yarasalar"​ üçün yeni namizəd

"Yarasalar"​ üçün yeni namizəd

“Valensiya” baş məşqçi postunda dəyişiklik edə bilər.

İspaniya klubu hazırkı çalışdırıcı Albert Seladeslə yollarını ayırmağa hazırlaşır.

Koronavirus pandemiyası səbəbindən dayandırılan La Liqada hazırda 7-ci pillədə yer alan “yarasalar”ın Çempionlar Liqasına düşməmək təhlükəsi var. Bu üzdən Seladeslə vidalaşmaq istəyən rəhbərlik bu posta PSJ və “Arsenal”ın sabiq baş məşqçisi Unay Emerini gətirmək niyyətindədir.

Bu baş tutarsa, Emeri 8 ildən sonra “Valensiya”ya qayıdacaq. Çünki o, 2008-2012-ci illərdə bu komandaya rəhbərlik edib. Onun dönəmində “yarasalar” üç dəfə La Liqada 3-cü yeri tutub və Çempionlar Liqasında 1/8 finala qədər irəliləyib.