Futbolçunun evi qarət edilib

Futbolçunun evi qarət edilib

“Zenit” qadın futbol klubunun oyunçusu Lyudmila Şadrinanın evini qarət ediblər.

Məlumata görə, futbolçunun Leninqrad vilayətindəki kirayə qaldığı evindən 1 milyon rubl dəyərində "Hublot"​ saatı, 75 min rubl dəyərində "Casio G-Shock",​ 15 min rubl dəyərində DKNY, 20 min rubl dəyərində "Tissot"​ markalı saat oğurlanıb. Bundan əlavə qarətçilər evdən müxtəlif aksessuarlar aparıblar. Həmçinin idmançının bir neçə qızıl zinyət əşyası götürülüb.

Ümumilikdə L.Şadrinaya 1 milyon 680 min rubl ziyan dəyib. Ev sahibinin polisə müraciyəti nəticəsində məsələ ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Lyudmila Şardina SSKA-nın tərkibində Rusiya-2019 çempionatının qalibi olub. 2020-ci ilin qışında 27 yaşlı rusiyalı futbolçu “Zenit” klubuna transfer olub.