Patrik Obrayen adlı instaqram sosial şəbəkəsi istifadəçisi “Arsenal” klubunun sabiq hücumçusu İan Rayta təhqir və hədə qorxu gəlməsi səbəbi ilə polis bölməsinə aparılıb.
Hüquq-mühafizə orqanları irlandiyalı yeniyetmə ilə apardığı söhbət nəticəsində cinayt işi açılıb.
Qeyd edək ki, bir müddət əvvəl İan Rayt P. Obrayenin onu “lənətə gəlmiş meymun” və “neqr” adlandırdığı üçün ondan şikayətçi olmuşdu. Həmçinin keçmiş futbolçu Patrik Obrayenin onu koronavirus xəstəliyinə yoluxduracağını və bununla da ona “ölüm hökmünü imzalayacağını” bildirib. Yeniyetmə futbolçunun valideynlərinə, qardaşlarına, bacılarına və bütün ailəsinə nifrət etdiyini bildirib.