Hakimlər koronavirus testindən keçəcəklər

Hakimlər koronavirus testindən keçəcəklər

Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcəklər.​ Onlar assosiasiyanın təşkilatçılığı ilə bu həftə testdən keçəcəklər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.