A seriyasından xoş xəbər

A seriyasından xoş xəbər

​ Futbol üzrə İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşib.

A Seriyasının rəhbərliyi ilə klublar arasında baş tutan videokonfransda mövsümün taleyi ilə bağlı yekun qərar verilib.

Qərara əsasən, ölkə çempionatı iyunun 13-də bərpa olunacaq. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Digər qərara əsasən, İtaliyada klublar mayın 18-dən etibarən komanda şəklində məşqlərə başlaya biləcəklər.