“Yuventus” klubunun hücumçusu Kristianu Ronaldo “Barselona” komandasının oyunçusu Leonel Messi ilə arasında illərdir davam edən rəqabətə münasibət bildirib. Oyunçular 12 il ərzində ümumilikdə 11 “qızıl top”a sahib çıxıblar.
“Bizim futbolda yaxşı rəqabətimiz var. Lakin futbol belə rəqabətlərin olduğu tək idman növü deyil. Məsələn, Maykl Cordanın basketbolda bir neçə rəqibi olub. Formula 1 yarışlarında Ayrton Senna və Alen Prost arasındakı rəqabət hərkəsin marağına səbəb olub. ”,- deyə məşhur futbolçu vurğulayıb.